Qadın əməkdaşların inkişafı proqramı
Biznesə başladığımız vaxtdan gender stereotiplərini qırmaq və şirkətimizdə inkluzivliyi təmin etmək əsas prioritetlərimizdən biri olub. Bu səbəblə biz müxtəlif təlim və təşviqat proqramları həyata keçirmişik. Bu il başlayan Nobel Energy Qadınların Rollarının Gücləndirilməsi Proqramı (Nobel Energy Women Empowerment Programme - NEWEP) onlardan biridir.
NEWEP təlim proqramının əsas məqsədlərindən biri daha uğurlu qadın liderlər yetişdirmək, qadın əməkdaşlarımızın potensiallarını tam üzə çıxarmaq və onların şəxsi və peşəkar inkişaflarına dəstək olmaqdır.
Təlim insanlar və mədəniyyət üzrə çoxillik təcrübəyə malik mütəxəssis tərəfindən keçirilir.
8 həftəlik müddət ərzində qadın əməkdaşlarımıza məqsədlərini və inkişaf ehtiyaclarını anlamaq, karyera qurmaq və inkişaf etdirmək üçün düzgün metodların öyrədilməsi ilə bağlı peşəkar dəstək göstərilir.