30.06.2017
SDL Nobel MMC istehsalat işləri üçün 80-ə yaxın işçini və dənizdəki əməliyyatlar üçün 60 texniki işə götürərək öz təcrübəsini artırmağa davam edir. İşə götürülən heyət özü ilə SDL Denholm Limited-dən qazandığı beynəlxalq təcrübəni gətirir.
İşçilərinə xüsusi qayğı ilə yanaşan SDL Nobel MMC həm quruda, həm də dənizdə çalışan işçiləri standartlaşdırılmış və təkmilləşdirilmiş iş şərtləri ilə təmin edir. Bura “Nobel Oil Services”in işə qəbul təcrübəsinə uyğun standart sənədləşmə, proseslər, yeni təlim, təşkilat və qeydiyyat sistemi daxildir. Şirkətin əsas aktivi olan işçilərinə diqqət yetirərək “Nobel Oil Services” xərclərin optimallaşdırılması prosesini təkmilləşdirir və müştərilərinə səmərəli performans təqdim edir. “Nobel Oil Services” şirkətin fəaliyyət göstərdiyi yeni, çətin mühitə uyğunlaşmaq üçün işinin bütün aspektlərini araşdırmağa davam edir.
Dənizdə və quruda neft və qaz sənayesinə istehsalat xidmətləri göstərən SDL Nobel “Denholm Oilfield Services” və “Nobel Oil Services” (Böyük Britaniya) şirkətləri arasında yaradılmış birgə müəssisədir. SDL Nobel-in göstərdiyi xidmətlər istehsalat və sahədə quraşdırma, istehsal olunan materialların yoxlanılması, istehsal olunan materialların təzyiq sınağı və s.-ni əhatə edir. SDL Nobel-in bu yaxınlarda qazandığı layihələrdən biri “WorleyParsons” üçün Dərinsulu Günəşli platformasında yeni Su Bərpaetmə Qurğularının hazırlanması və quraşdırılmasıdır.
Nobel Energy Cəbrayılda günəş elektrik stansiyası tikəcək
Nobel Energy (NEQSOL Holdingin bir hissəsi) məmnunluqla bildirir ki, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının inkişaf etdirilməsinə dair Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (AnM) imzalayıb. Bu layihə ölkənin milli prioritet məsələlərindən olan regionun Yaşıl Enerji zonasına çevrilməsi kursuna uyğundur.
100 MVt gücündə fotovoltaik günəş elektrik stansiyasının birgə inkişafı iki mərhələdə həyata keçiriləcək. 50 MVt-dan ibarət ilkin fazanın 2027-ci ilə qədər başa çatdırılması, qalan hissənin isə sonrakı illərdə quraşdırılması planlaşdırılır.
Stansiyanın məqsədi ildə təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsal etməklə təxminən 58 000 evi elektrik enerjisi ilə təmin etməkdir. Layihənin tikinti mərhələsində 600 nəfər işçi qüvvəsi cəlb olunacaq, stansiya istifadəyə verildikdən sonra isə orada 80 daimi iş yeri təmin ediləcək.
Nobel Energy-nin baş icraçı direktoru Vüqar Səmədli deyib: “Nobel Energy-nin regionda və onun hüdudlarından kənarda daha az karbonlu gələcəyə töhfə vermək hədəflərinə uyğun gələn regionun yaşıl transformasiya təşəbbüslərində iştirak etmək fürsətini əldə etdiyimiz üçün məmnunuq. Biz istər bu, istərsə də daha böyük miqyaslı günəş enerjisi layihələrini ən səmərəli və təhlükəsiz şəkildə ərsəyə gətirmək üçün bacarıqlı və sınanmış mühəndislər, dizaynerlər və texniki işçilərimizə güvənirik”.
Layihə çərçivəsində, ölkənin əsas elektrik enerjisi istehsalçısı və ötürücü sistem əməliyyatçısı olan Azərenerji ilə bir sıra fəaliyyətləri özündə əks etdirən xüsusi texniki protokol artıq razılaşdırılıb və imzalanıb. Bundan əlavə, layihə üçün ayrılacaq torpaq sahəsi Cəbrayıl rayonunun müvafiq dövlət qurumları tərəfindən razılaşdırılıb.
Hazırda Azərbaycanın Energetika Nazirliyi və Azərenerji ilə birgə müvafiq investisiya sazişi, enerji alqı-satqısı müqaviləsi və şəbəkəyə qoşulma müqaviləsinin hazırlanması üzərində iş gedir.
Redaktorlar üçün qeyd
NEQSOL Holdingin bir hissəsi olan Nobel Energy dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan Kompleks Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Sınanmış təcrübəsindən, kompleks həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi tanınmışdır.
01.03.2024
Nobel Energy Cəbrayılda günəş elektrik stansiyası tikəcək
ƏtraflıNobel Energy aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil almaq təşəbbüsünü dəstəkləyir
Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, aztəminatlı ailələrdən olan 30 yüksək potensiallı gəncin reytinqli universitetlərə daxil ola bilməsi üçün lazım olan bilik və bacarıqları təmin edən təhsil layihəsini dəstəkləyir.
Təcrübəli və uğurlu Roof Academic Training təhsil şirkəti tərəfindən həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan xüsusi istedadlı gənclərin bakalavr, magistr və MBA səviyyələri üzrə tələb olunan IELTS, SAT, GRE, GMAT, TOEFL imtahanlarına hazırlamaq, o cümlədən, universitet və təqaüd müraciətləri proseslərində onlara dəstək olmaqdır.
Layihə 2023-2024-cü tədris ilində universitetlərə müraciət edən və 2024-cü ilin sentyabr ayından təhsilini xaricdə davam etdirməyi planlaşdıran namizədlər üçün nəzərdə tutulub.
Təqaüd layihəsinə seçim prosesi artıq başlayıb və ilkin ərizə formalarının dəyərləndirməsi, ingilis dili səviyyəsinin yoxlanılması, fərdi müsahibə, mütəxəssis rəyi, ev-ailə ziyarəti və yekun dəyərləndirmə mərhələlərindən ibarət olmaqla 6 mərhələdə yoxlanılacaq. Qeyd olunan mərhələlər zamanı namizədlərin akademik göstəriciləri, dərsdənkənar fəaliyyətləri, sosial təminat səviyyəsi, potensialı, istəyi və aktivliyi əsas meyarlar olaraq dəyərləndiriləcək.
Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: "Təşəbbüs həm ölkənin, həm də Nobel Energy-nin gənclərin reytinqli universitetlərdə təhsilinə dəstək olmaqla ölkəmizdə insan kapitalının inkişafına töhfə vermək hədəfləri ilə tam uyğundur. Artıq aztəminatlı ailələrdən olan bir sıra yüksək potensiallı gənclərin təhsil arzularının həyata keçirmələrinə müsbət təsir göstərmiş bu layihə dəstək olmağımız, Azərbaycanda daha möhkəm və parlaq gələcək qurmaq üçün olan öhdəliyimizi və təvazökar töhfəmizi əks etdirir”.
Redaktorlar üçün qeyd
NEQSOL Holdinqin bir hissəsi olan Nobel Enerji Qrupu dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan İnteqrasiya edilmiş Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Etibarlı təcrübəsindən, inteqrasiya olunmuş həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy özünü bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi göstərmişdir.
19.12.2023
Nobel Energy aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil almaq təşəbbüsünü dəstəkləyir
ƏtraflıCOP28: Enerji keçidi və dekarbonizasiya
Bu çıxışı Dubayda keçirilən COP28-də şirkətimizin Baş Kommersiya Direktoru Eldar Məmmədzadə edib.
Möhtərəm qonaqlar,
Xanımlar və Cənablar,
İlk olaraq buraya toplaşan hər kəsi salamlayır və mükəmməl təşkil edilmiş tədbirə görə “COP28” ev sahiblərinə təşəkkür edirəm və “Nobel Energy” şirkəti üçün qlobal iqlim mövzusu ətrafında aparılan fikir mübadiləsinə həsr olunmuş bu ali platformada gələcəyə baxışımızı (vizyonumuzu) bölüşmək fürsətini yaratdıqlarına görə Azərbaycan Respublikasının Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə və AREA-ya (Azərbaycan Bərpa Olunan Enerji Agentliyi) minnətdarlığımı bildirirəm.
Biz gündəlik olaraq hamımıza təsir edən ətraf mühitlə əlaqəli çağırışlar dövründə yaşayırıq. İqlim dəyişikliyi, karbonsuzlaşma və karbon qazının (CO2) tutulması (səviyyəsinin azalması) istər ölkələr, istər müəssisələr, istərsə də fərdlər olaraq hamımızı narahat edir. Bütün bunlar bizi, istehsal olunan enerjinin nəinki sərfəli, dayanıqlı, etibarlı, həm də təmiz olmasını təmin etmək üçün inkişaf istiqamətimiz üzərində bir daha düşünməyə və onu yenidən müəyyənləşdirməyə vadar edir.
Bu gün dünya enerji keçidi dövrünü yaşayır və mən fəxr edirəm ki, mənim ölkəm bu transformasiya prosesində öncül sıralarda olmağı hədəfləyir. Azərbaycan Prezidenti, Zati-aliləri İlham Əliyev Azərbaycanın Avropaya yaşıl enerjidən istehsal olunan elektrik enerjisinin mühüm təchizatçısına çevrilmək kimi böyük bir məqsəd qoyub. Azərbaycanın təmiz enerji hədəfi, 2030-cu ilə qədər ümumi enerji potensialının 30 faizindən çox hissəsini bərpa olunan mənbələrdən əldə etməkdir.
“Nobel Energy” bu transformasiya mühitinin (şəraitinin) harasında yer alır?
İcazə verin, enerji və tikinti xidmətləri sahələrində 20 ilə yaxın təcrübəyə malik, 4 qitənin 11 ölkəsində fəaliyyət göstərən, əsas əməliyyatlarını Azərbaycan və ABŞ-da həyata keçirən “Nobel Energy” Şirkətlər Qrupunu Sizə təqdim edim.
“Nobel Energy”, Milli Neft Şirkətləri kimi iri enerji nəhənglərinə xidmət edərək kompleks mühəndislik, tikinti, satınalma və təchizat zəncirinin idarə edilməsi, qazma, istehsal və neft və qaz, elektrik və su sənayelərinə texniki qulluq, təmir və əməliyyat xidmətləri göstərir.
Dayanıqlı inkişafa sadiq olan və ətraf mühitin vəziyyətinə görə cavabdehlik daşıyan “Nobel Energy” şirkəti 2021-ci ildə Neft və Qaz Xidmətləri şirkətindən Kompleks Qazma, Hasilat, İnkişaf və Xidmətlər şirkətinə çevrilmək üçün yeni strategiya müəyyən etdi. Biz, təmiz enerji sahəsinə yatırılan sərmayeləri əhəmiyyətli inkişafımız üçün əsas vasitə kimi müəyyənləşdiririk.
Azərbaycanın yaşıl enerji üzrə təşəbbüslərinin təşviqinə sadiqliyimiz bizi, Naxçıvan kimi strateji ərazilərdə və hökumətin müstəsna əhəmiyyətli yaşıl zonalar kimi müəyyən etdiyi Qarabağ və Şərqi Zəngəzurun yeni azad edilmiş ərazilərində bərpa olunan enerji layihələrinə sərmaye yatırmağa gətirib çıxartdı (təkan verdi).
Ekoloji cəhətdən təmiz və təhlükəsiz inkişafın stimullaşdırılması
Bu ilin iyun ayında biz, Naxçıvanda ümumilikdə 400 MVt gücündə günəş elektrik stansiyalarının həm yerli istifadə, həm də ixrac məqsədi ilə mərhələli tikintisi üçün Azərbaycanın Energetika Nazirliyi ilə anlaşma memorandumu (Anlaşma Memorandumu) imzalamaqla mühüm mərhələyə qədəm qoyduq.
400 MVt gücündə günəş elektrik stansiyasının gözlənilən 25 illik orta istismar dövründə 4,680,000 ton karbon emissiyasını azaldacağı proqnozlaşdırılır. 400 MVt-lıq stansiyanın ildə 800 QVs elektrik enerjisi istehsal etmək gücü, 255.000-dən çox evin (ev təsərrüfatının) enerji ilə təmin edilməsinə bərabərdir.
“Nobel Energy” şirkətinin daha bir təşəbbüsü, Şərqi Zəngəzurun işğaldan azad edilmiş Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı olacaq. Onun istismar dövrünün 25 ili ərzində 1,170,000 ton karbon emissiyasına qənaət edilməsi gözlənilir. Bu stansiyanın ildə 175 QVt/saat elektrik enerjisi istehsal edəcəyi, təxminən 56 000 evin (ev təsərrüfatının) tələbatını ödəyərək regionun enerji təhlükəsizliyinə və bənzərsiz coğrafiyasına zərər vurmadan dayanıqlı sosial-iqtisadi artıma böyük töhfə verəcəyi gözlənilir. Tezliklə hər iki günəş elektrik stansiyasının tikintisinə başlayacağıq.
Biz ölkə və şirkətimiz üçün strateji və simvolik əhəmiyyət daşıyan bu layihələrin hər ikisi ilə fəxr edirik. Onlar Naxçıvanı enerjidən asılı regiondan təmiz enerji ixracatçısına çevirməklə onun müstəsna əhəmiyyətli transformasiyasını simvolizə edir. İkinci layihə isə bir vaxtlar canlı və dinamik həyat yaşayan Cəbrayıl rayonunu işğal nəticəsində üç onilliklər boyu dağıntılara məruz qalmış vəziyyətdən çıxarıb dirçəltməklə, çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığını simvolizə edir.
Daha yaxşı bir dünyanın formalaşdırılmasına verilən töhfə
“Nobel Energy” şirkətinin bu cür mühüm əhəmiyyətli layihələri həyata keçirə bilmək əminliyi nədən qaynaqlanır? Bu, onilliklərlə qazandığımız bilik və bacarıqlara, uzaqgörən strategiyalara və uyğunlaşa bilən transformasiyalara əsaslanan zəngin təcrübəmiz və imkanlarımızdır. Bu aktivlər bizə nəinki yaşıl enerji istehsalçısı kimi bazara çıxmağa güc verir, həm də bütün sahələr üzrə müştərilərimizə yenilikçi kompleks həllər təqdim etməyə imkan yaradır.
Bizim fəaliyyətimiz təkcə enerji istehsalı ilə məhdudlaşmır. Biz istixana qazı emissiyalarının təsirini azaltmağa ciddi şəkildə sadiqik. Karbon qazının (CO2) tutulması (səviyyəsinin azaldılması) üzrə fəaliyyətimizin dəstəyi ilə “Nobel Energy” şirkəti, yüksək (sərt) aşağı karbonlu yanacaq standartlarına cavab verən karbon qazının (CO2) tutulması və saxlanılması texnologiyasından istifadə etməklə ağır sənayelərə karbon izini azaltmağa kömək edən etibarlı həllər istiqamətində liderlik edir.
Uzunmüddətli perspektivdə karbon qazı emissiyalarını azaltmağı hədəfləyən və quruda yerləşən neft və qaz qurğuları üçün onların karbon qazının (COS) tutulması (səviyyəsinin azaldılması) ehtiyaclarının ödənilməsinə kömək etmək istiqamətində bacarığımız və potensialımız var.
Misal olaraq bildirmək istəyirəm ki, biz xüsusi olaraq Meksika körfəzinin dayaz sularında CO2 vurmaq və saxlamaq üçün dəniz platforması layihələndirmişiq. Uzaqdan idarə olunan əməliyyatlar üçün qurulmuş bu platforma etibarlı funksiyalar və monitorinq üçün yüksək səviyyəli avtomatlaşdırmadan istifadə edir. Bu isə daha az texniki qulluq səfərləri, daha aşağı risklər, əməliyyatlarda və istehsalda daha yüksək səmərəlilik deməkdir ki, bu da təbii ki, onların CO2 çıxışını idarə etməyə imkan yaradır.
Biz həmçinin işlənmə və emal üzrə modulyar sistemlərin yenilikçi mühəndisliyi, istehsalı və yığılması sahəsində ilk sıralarda yer alırıq və enerjinin dayanıqlılığına dair sadiqliyimiz bərpa olunan təbii qaz, hidrogen istehsalı və qaz distilləsi kimi qabaqcıl texnologiyalara da şamil edilir ki, bunların hamısı dayanıqlı enerji həllərini yenidən müəyyənləşdirir.
Gələcəyə baxaraq, “Nobel Energy” şirkəti qarşıdakı onillikdə istilik və bərpa olunan enerji istehsal güclərində 5QV quraşdırılmış enerji qarışığını hədəfləyərək yenilikçi və davamlı enerji ekosistemini yaratmağı qarşısına məqsəd qoyur.
Bizim yol xəritəmizə, əsas başlanğıc nöqtəsi olaraq Azərbaycanı əhatə etməklə, daha sonra isə fəaliyyəti bütün regionda genişləndirməklə strateji sərmayelər, tərəfdaşlıqlar və müxtəlif əməliyyat modelləri daxildir.
Diqqətinizə görə təşəkkür edirəm.
08.12.2023
COP28: Enerji keçidi və dekarbonizasiya
Ətraflı10-18 Union Street
London, SE1 1SZ
Böyük Britaniya
-------------------------------
Baku Bay Tower
8 Noyabr prospekti 113
Bakı, Azərbaycan AZ1025
+99412 310 44 44
Nobel Energy © Bütün hüquqlar qorunur 2024